Bakı. Trend:
Ukraynada Çernobıl ərazisində yenidən meşə yanğını başlayıb.
Trend-in məlumatına görə, yanğın İlyintsı kəndi yaxınlığında qeydə alınıb.
Hazırda yanğın 3 hektar ərazidə davam edir.
Qeyd edək ki, Çernobılda aprel ayında güclü meşə yanğınları baş vermişdi. Yanğını tamamilə may ayının ortalarınadək söndürmək mümkün olmuşdu. Hadisə 20 min hektar ərazini əhatə etmişdi.