...

İstanbulda güclü yağış 1 nəfərin ölümünə səbəb oldu

Dünya xəbərləri Materials 24 İyun 2020 01:00 (UTC +04:00)
İstanbulda güclü yağış 1 nəfərin ölümünə səbəb oldu

Bakı. Trend:

İstanbulda güclü yağışlar 1 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə İstanbul vilayətinin qubernatoru Əli Yerlikaya deyib.

Ə.Yerlikaya bildirib ki, Esenyurt rayonunda yağan güclü yağış nəticəsində Suriya vətəndaşı həlak olub.

Qubernator əlavə edib ki, bir neçə nəfər yerli xəstəxanalara aparılıb, onların vəziyyəti yaxşıdır.

Daha əvvəl su qasırğası güclü yağışlarla birlikdə İstanbulun bəzi bölgələrində daşqınlara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti