...

Pakistanda təyyarə qəzasına pilotların koronavirus barədə söhbəti səbəb olub

Dünya xəbərləri Materials 24 İyun 2020 20:21 (UTC +04:00)
Pakistanda təyyarə qəzasına pilotların koronavirus barədə söhbəti səbəb olub

Bakı. Trend:

Ötən ay Pakistanın Kəraçi şəhərində sərnişin təyyarəsinin qəzasına pilotların koronavirus barədə söhbətə başının qarışması səbəb olub.

Trend-in məlumatına görə, bu barədə ölkənin aviasiya naziri Qulam Sərvər Xamn bildirib.

Onun sözlərinə görə, təyyarədə hər hansı texniki nasazlıq qeydə alınmayıb.

Təyyarənin səsyazan qurğularının təhlilindən sonra məlum olub ki, pilotlar dispetçerlərin xəbərdarlıqlarına baxmayaraq, koronavirus barədə söhbətə davam edib və təyyarənin idarə edilməsinə nəzarəti azaldıblar.

Xatırladaq ki, həmin qəza nəticəsində 99 nəfər həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti