...

Boks üzrə dünya çempionu döyüşə bir həftə qalmış koronavirusa yoluxub

Dünya xəbərləri Materials 25 İyun 2020 13:07 (UTC +04:00)
Boks üzrə dünya çempionu döyüşə bir həftə qalmış koronavirusa yoluxub

Bakı. Trend:

Amerikalı boksçu, ikinci yarıağır çəkidə WBO versiyası üzrə dünya çempionu Camel Herrinq koronavirusa yoluxub.

Trend-in məlumatına görə, boksçunun titulunu müdafiə edəcəyi döyüşə bir həftə qalmış keçdiyi test müsbət nəticələnib.

Boksçu bildirib ki, xəstəlik onda simptomsuz davam edir. Hazırda o, özünütəcrid rejimindədir.

C.Herrinqin Conatan Okendo ilə planlaşdırılan döyüşü qeyri-müəyyən müddətə təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti