...

İtaliyada koronavirusdan ölənlərin sayı 34,7 mini ötüb

Dünya xəbərləri Materials 27 İyun 2020 04:31 (UTC +04:00)

Bakı. Trend:

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 30 nəfər vəfat edib.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin sayı 34 708 nəfərə çatıb.

Bildirilir ki, İtaliyada epidemiya başlayandan 240 min yoluxma halı qeydə alınıb, yoluxanlardan 188 min nəfəri sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti