...

BMT baş katibi ABŞ-ın ÜST-ü tənqid etməsini əsassız sayır

Dünya xəbərləri Materials 27 İyun 2020 15:18 (UTC +04:00)
BMT baş katibi ABŞ-ın ÜST-ü tənqid etməsini əsassız sayır

Bakı. Trend:

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid etməsi əsassızdır.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş bildirib.

A.Quterreş deyib: "ÜST rəhbərliyinin nümayəndələrini tanıyıram, onlar heç bir ölkənin nəzarəti altında deyil. Onlar həmişə vicdanla hərəkət edirlər".

Baş katib əlavə edib ki, pandemiya bitdikdən sonra ölkələrin virusa necə qarşı reaksiyası ilə bağlı araşdırma aparmaq lazım olacaq.

Xatırladaq ki, mayın 29-u Vaşinqton ÜST ilə əməkdaşlığını dayandırmaq niyyətində olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti