...

Ermənistanda koronavirusa yoluxanların sayı 25 min nəfəri keçib

Dünya xəbərləri Materials 29 İyun 2020 10:55 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı 25 min nəfəri keçib

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 25 127 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 482 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 433 nəfər koronavirusdan ölüb, 11 397 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti