...

Əfqanıstanda bazarda partlayış - 10 ölü

Dünya xəbərləri Materials 29 İyun 2020 13:06 (UTC +04:00)
Əfqanıstanda bazarda partlayış - 10 ölü

Bakı. Trend:

Əfqanıstanın cənubundakı Helmand əyalətində bazarda baş vermiş partlayış nəticəsində 10 nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə heyvan bazarında baş verib. Partlayış nəticəsində daha 1 nəfər xəsarət alıb.

Təhlükəsizlik orqanlarının məlumatına görə, hadisə partlayıcı maddənin işə düşməsi nəticəsində olub.

Öz növbəsində, "Taliban" radikal hərəkatı hadisənin hərbçilərin minaatanlardan atəş açması nəticəsində baş verdiyini elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti