...

Türkiyədə pirotexnika zavodunda partlayış olub

Dünya xəbərləri Materials 3 İyul 2020 19:42 (UTC +04:00)
Türkiyədə pirotexnika zavodunda partlayış olub

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Sakarya vilayətində pirotexnika istehsalı zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki işçi xəsarət alıb.

Qeyd olunur ki, partlayış zamanı zavodda 100-dən çox işçi olub. Onlar təxliyə ediliblər.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti