...

30 il əvvəl türk hərbçini öldürmüş şəxslər Suriyada ələ keçirilib

Dünya xəbərləri Materials 4 İyul 2020 17:56 (UTC +04:00)
30 il əvvəl türk hərbçini öldürmüş şəxslər Suriyada ələ keçirilib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyat nəticəsində 1990-cı ildə türkiyəli hərbçi Zəfər Tokanı qələ yetirmiş şəxslər ələ keçirilib.

Trend-in məlumatına görə, əməliyyat zamanı 3 nəfər, Saleh Osman, Həsən Abdulla və Məhəmməd Məhəmməd adlı şəxslər saxlanılıb.

Həmin şəxslər 30 il əvvəl qaçaqmalçılıqla məşğul olarkən onların qarşısını almağa çalışan Z.Tokanı qətlə yetirdiklərini etiraf edib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti