...

ABŞ-da son sutkada koronavirusa yoluxanların sayı 63 min nəfəri ötüb

Dünya xəbərləri Materials 11 İyul 2020 06:49 (UTC +04:00)
ABŞ-da son sutkada koronavirusa yoluxanların sayı 63 min nəfəri ötüb

Bakı. Trend:

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı son sutkada rekord həddə çataraq 63.2 min nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 3 170 000 nəfəri keçib. Koronavirusa yoluxanlardan 133 969 nəfəri vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti