...

Ermənistanda koronavirusa yoluxanların sayı 31 min nəfəri keçib

Dünya xəbərləri Materials 11 İyul 2020 11:34 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı 31 min nəfəri keçib

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 31 392 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 489 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 13 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 559 nəfər koronavirusdan ölüb, 11 414 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti