...

Meksikada ordu konvoyuna hücum edilib, ölənlər var

Dünya xəbərləri Materials 20 İyul 2020 08:09 (UTC +04:00)
Meksikada ordu konvoyuna hücum edilib, ölənlər var

Bakı. Trend:

15 avtomobildə olan bir qrup silahlı mülki şəxs iyulun 19-da Meksikanın Tamaulipasda ştatında ordu konvoyuna hücum edib.

Trend-in məlumatına görə, bu barədə Televisa telekanalı bildirib.

Bildirilib ki, hərbçilər cavab atəşi ilə hücumun iki iştirakçısını öldürüb. Bundan əlavə bir əsgər yaralanıb.

Toqquşma ABŞ ilə həmsərhəd olan Miguel Aleman bələdiyyəsində baş verib. Döyüşdən sonra hərbiçilər altı zirehli, o cümlədən bir iri çaplı snayper tüfəngi də daxil olmaqla bir neçə odlu silah götürüblər.

Xəbər lenti

Xəbər lenti