Bağdadda hərbi düşərgə raket hücumuna məruz qalıb

Dünya xəbərləri Xəbər 26 İyul 2020 21:05 (UTC +04:00)

Bakı. Trend:

İraqın paytaxtı Bağdad şəhərinin cənub hissəsində yerləşən hərbi düşərgə raket hücumuna məruz qalıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, As-Sakr adlı düşərgə istiqamətində azı 3 raket atılıb.

Bildirilir ki,partlayışlar nəticəsində düşərgənin ərazisində yanğın başlayıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti