...

Alyaska sahillərində 5,5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 28 İyul 2020 01:41 (UTC +04:00)
Alyaska sahillərində 5,5 bal gücündə zəlzələ olub

Bakı. Trend:

ABŞ-ın Alyaska ştatının sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Trned-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Sand-Poynt yaşayış məntəqəsindən 26 kilometr cənubda, ocağı isə 44 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti