...

Moskvada qadın təcridxanası yandı

Dünya xəbərləri Materials 28 İyul 2020 10:41 (UTC +04:00)
Moskvada qadın təcridxanası yandı

Bakı. Trend:

Moskvada qadın təcridxanasında yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə ilə əlaqədar 900-dən çox şəxs təxliyə olunub, xəsarət alan olmayıb.

Yanğın təcridxana ərazisində 3 mərtəbəli korpusda baş verib. İlkin məlumatlara əsasən, hadisə çörəkbişirmə sexində başlayıb.

Yanğının qarşısının alınması üçün 150-yə yaxın yanğınsöndürən cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti