...

Çində yeni infeksiya ocağı yarandı və 9 şəhərə yayıldı

Dünya xəbərləri Materials 28 İyul 2020 14:50 (UTC +04:00)
Çində yeni infeksiya ocağı yarandı və 9 şəhərə yayıldı

Bakı. Trend:

Çinin Dalyan şəhərində koronavirus infeksiyasının yeni ocağı aşkar olunduqdan sonra virus ölkənin 9 şəhərinə yayılıb.

Trend-in məlumatına görə, bu şəhərlər arasında paytaxt Pekin də yer alır. Pekində iyulun əvvəlindən indiyədək yeni yoluxma qeyd alınmamışdı.

Bundan başqa, Fuçjou şəhərində yoluxma təhlükəsi ilə əlaqədar “hərbi rejim” elan edilib. Bu şəhərdə Dalyandan gəlmiş və heç bir simptomu olmayan şəxsdə koronavirus aşkar edilib. Fuçjouda apreldən bəri ən yüksək gündəlik yoluxma qeydə alınıb.

Qeyd edək ki, yeni infeksiya ocağı ötən gün Dalyan şəhərində dəniz məhsulları zavodunda aşkar edilib. Şəhər rəhbərliyi yoluxmanın qarşısını almaq üçün bir neçə gün ərzində 6 milyon sakini testdən keçirmək planlarını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti