...

Rusiya zooparkında quşların kütləvi ölümü qeydə alınıb

Dünya xəbərləri Materials 29 İyul 2020 10:31 (UTC +04:00)
Rusiya zooparkında quşların kütləvi ölümü qeydə alınıb

Bakı. Trend:

Rusiyanın Kalininqrad şəhərində zooparkda quşların kütləvi ölümü qeydə alınıb.

Trend-in məlumatına görə, heyvanat bağçasındakı gölməçələrdə ümumilikdə 18 quş tələf olub.

Quşlar ördəkkimilər və qazkimilər dəstəsinə aid olub. Hazırda həmin hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Zooparkda qalan digər quşlar başqa gölməçələrə köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti