...

Rusiyada hərbi təlimlər zamanı körpü çökdü - Onlarla yaralı var

Dünya xəbərləri Materials 5 Avqust 2020 12:31 (UTC +04:00)
Rusiyada hərbi təlimlər zamanı körpü çökdü - Onlarla yaralı var

Bakı. Trend:

Rusiyanın şərqindəki Yəhudi muxtar vilayətində hərbi təlimlər zamanı dəmiryol körpüsü çöküb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 20-yə yaxın hərbçi xəsarıət alıb.

Qeyd olunur ki, körpünün dayaqları ağırlığa tab gətirməydiyi üçün çöküb. Xəsarət alanlar hərbçilər Xabarovsk şəhərində xəstəxanaya çatdırılıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Körpünün təhlükəsizlik texnikasına əməl olunmaması səbəbindən çökdüyü ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti