...

Ermənistanda hərbçilərin olduğu maşın qəzaya uğradı - Ölü və yaralılar var

Dünya xəbərləri Materials 6 Avqust 2020 12:03 (UTC +04:00)
Ermənistanda hərbçilərin olduğu maşın qəzaya uğradı - Ölü və yaralılar var

Bakı. Trend:

Ermənistanın şimalında Gümrü-Spitak avtomobil yolunda hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə nəticəsində bir hərbi qulluqçu həlak olub, daha 3 hərbçi xəsarət alıb.

Xəsarət alan hərbi qulluqçular xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd olunur ki, hərbçilərin olduğu “BMW” yoldan çıxaraq 100 metr kənara yuvarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti