Bakı. Trend:
Cənubi Koreya prezidenti Mun Çje İn aramsız yağan leysanlarla əlaqədar ölkənin 7 şəhər və mahalını “xüsusi təbii fəlakət zonası” elan edib.
Trend-in məlumatına görə, son günlər ərzində davam edən leysan nəticəsində azı 17 nəfərə həyatını itirib. Daha 10 nəfər itkin düşmüş hesab edilir.
Təbii fəlakət zonalarında 6 mindən çox bina dağılıb, 2,5 minə yaxın sakin təxliyə edilib.
Yağıntıların davam edəcəyə təqdirdə “xüsusi təbii fəlakət zonaları” siyahısının artacağı istisna edilmir.