...

Türkiyədə koronavirusdan sağalanların sayı 224 min nəfəri ötüb

Dünya xəbərləri Materials 10 Avqust 2020 22:19 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 224 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 14 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 858 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 193 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 241 997 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 224 970 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti