...

Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı

Dünya xəbərləri Materials 12 Avqust 2020 11:59 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyət rejiminin müddəti daha bir ay, sentyabrın 11-dək uzadılıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə hökumətin iclası zamanı qərar verilib.

Hazırda qüvvədə olan fövqəladə vəziyyət rejimi bu gün başa çatmalı idi.

Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət rejimi ilk dəfə martın 16-da bir ay müddətinə elan edilib, daha sonra isə bir neçə dəfə uzadılıb.

Ermənistanda bu günədək yoluxanların sayı 40 min nəfəri keçib, 806 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti