...

Braziliyanın birinci xanımı koronavirusdan sağalıb

Dünya xəbərləri Materials 17 Avqust 2020 09:33 (UTC +04:00)
Braziliyanın birinci xanımı koronavirusdan sağalıb

Bakı. Trend:

Braziliyanın birinci xanımı Mişel Bolsonaru yeni növ koronavirusdan sağalıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə M.Bolsonaru öz "İnstaqram" səhifəsində yazıb.

Braziliyanın birinci xanımı bildirib: "Testin nəticəsi mənfi olur. Dualarınıza və diqqətinizə görə təşəkkür edirəm".

Xatırladaq ki, Braziliyanın birinci xanımı Mişel Bolsonaru yeni növ koronavirusa iyulun sonunda yoluxmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti