...

Hindistanda bir gündə koronavirusa rekord sayda yoluxma olub

Dünya xəbərləri Materials 22 Avqust 2020 09:52 (UTC +04:00)
Hindistanda bir gündə koronavirusa rekord sayda yoluxma olub

Bakı. Trend:

Hindistanda bir gündə koronavirusa 69 878 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu, pandemiya başlayandan sonra ölkədə rekord sayda gündəlik yoluxma göstəricisidir.

İndiyə qədər Hindistanda 2 975 701 insan infeksiyaya yoluxub. Sutka ərzinə 945 nəfər ölüb. Bununla da ümumi ölüm sayı 55 794 nəfərə çatıb.

Hindistan ABŞ və Braziliyadan sonra dünyada yoluxma sayına görə 3-cü yerdə qərarlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti