Bakı. Trend:
Paraqvaylı hakimi Qustavo Amarilya keçmiş braziliyalı futbolçu Ronaldinyo və qardaşı Roberto de Assisunun ev dustaqlığından azad edilməsi barədə qərar verib.
Hakimin qərarına görə Ronaldinyo və qardaşı artıq Braziliyaya qayıda bilər. Robert de Assis 2 il şərti cəzaya, bundan əlavə hər ikisi 200 min dollar məbləğində cərimə ödəməyə məhkum ediliblər.
Ronaldinyo və qardaşı saxta pasportlarla Paraqvaya gələrkən martın 4-də paytaxt Asunsyonda tutulublar. Onların otel otaqlarında edilən axtarış zamanı adlarına saxta Paraqvay pasportları aşkarlanıb. Daha sonra məhkəmə ölkəni tərk edə biləcəklərindən qorxaraq məşhurları istintaq təcridxanasında, aprelin əvvəlində isə girov müqabilində buraxılan məhşur futbolçu və qardaşı Asunsyondakı otellərdən birində ev dustaqlığında saxlanılıblar.