...

ABŞ-da Laura qasırğası səbəbindən 585 min insan təxliyə edilməlidir

Dünya xəbərləri Materials 26 Avqust 2020 06:08 (UTC +04:00)
ABŞ-da Laura qasırğası səbəbindən 585 min insan təxliyə edilməlidir

Bakı. Trend:

ABŞ-ın Texas və Luiziana ştatlarının hakimiyyəti Laura qasırğasının yaxınlaşması ilə əlaqədar təxminən 585 min yerli sakinin təxliyəsi barədə əmr verib. Hazırda qasırğa Meksika körfəzindədir.

Trend-in məlumatına görə, bu barədə Associated Press agentliyi bildirib.

Qeyd edilib ki, 385 minə yaxın insan Texas ştatındakı, 200 minə yaxın insan isə Luiziana ştatlarında sahil şəhərlərini tərk etməlidir.

ABŞ Milli Qasırğa Müşahidə Mərkəzinin son hesablamalarına görə, Laura qasırğası Texas və Luiziana sahillərinə avqustun 26-sı çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti