...

"Rolls-Royce" 2020-ci ildə rekord itkilərlə üzləşib

Dünya xəbərləri Materials 27 Avqust 2020 19:04 (UTC +04:00)

Bakı. Trend:

“Boeing 787” və “Airbus A350” kimi təyyarələrə mühərrik tədarük edən Böyük Britaniyanın “Rolls-Royce” şirkəti 2020-ci ilin ilk yarısında 7,1 milyard dollardan çox itki ilə üzləşib.

Trend-in məlumatına görə, bu, şirkət tarixində rekord göstəricidir.

Şirkət koronavirus pandemiyası fonunda İngiltərənin Nottingemşir və Lankaşir qraflıqlarında iki zavodun bağlandığını elan edib.

Bundan başqa, şirkət bütün dünyada 9 min iş yerini və ya ümumi işçi sayının 17 faizini ixtisara salmaq planlarını açıqlayıb.

“Rolls-Royce” bu yolla ildə 1,59 milyard dollar vəsaitə qənaət etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti