Rusiyada ikinci koronavirus vaksininin hazır olacağı vaxt açıqlanıb

Bakı. Trend:
Rusiyanın ikinci koronavirus vaksini sentyabr ayında hazır olacaq.
Trend-in məlumatına görə, bunu ölkənin prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində deyib.
O bildirib k, hazırda həmin vaksin üzərində iş davam edir:
“Mənə verilən məlumata görə, ikinci vaksin senytabrda hazır olacaq. İndi onun üzərində Novosibirskdə məşhur institut işləyir”.
Qeyd edək ki, Rusiya avqustun əvvəlində dünyada ilk dəfə koronavirus vaksinini qeydiyyatdan keçirib.
Xəbər lenti
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri