...

Türkiyə Şərqi Aralıq dənizində hərbi təlimlər keçirir

Dünya xəbərləri Materials 29 Avqust 2020 13:24 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Şərqi Aralıq dənizi regionunda hərbi təlimlərə başlayıb.

Trend-in məlumatına görə, Ankara bu barədə region dövlətlərini NAVTEX bildiriş sistemi vasitəsilə məlumatlandırıb.

Təlimlər avqustun 29-dan sentyabrın 11-dək davam edəcək. Bu müddət ərzində bölgə sularında artilleriya atışları keçiriləcək.

Təlimlər müddətində gəmi kapitanlarına həmin bölgədən uzaq hərəkət etmək tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti