...

Çində hotelin çökməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Dünya xəbərləri Materials 29 Avqust 2020 15:13 (UTC +04:00)
Çində hotelin çökməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Bakı. Trend:

Çinin şimalındakı Şansi əyalətində ikimərtəbəli hotelin çökməsi nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.

Trend-in məlumatına görə, daha 4 nəfər ağır xəsarət alıb.

Dağıntılar altından 43 nəfəri xilas etmək mümkün olub.

Qəza bölgəsində axtarış-xilasetmə işləri davam edir. Bu prosesə 700-dən çox xilasedici qoşulub.

Hotelin çökməsi ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, insident hotelin banket zalında baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti