...

Türkiyənin Adana vilayətində meşə yanğını olub

Dünya xəbərləri Materials 31 Avqust 2020 03:12 (UTC +04:00)
Türkiyənin Adana vilayətində meşə yanğını olub

Bakı. Trend:

Türkiyənin Adana vilayətində meşə sahəsində yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın Karaisalı rayonu yaxınlığında şam meşəsində olub.

Hadisə yerinə 30 suvarma maşını, 10 su sisterni, 2 helikopter, 2 buldozer və 1 qreyder göndərilib. Jandarmeriya briqadaları yanğın bölgəsinə aparan yolu bağlayıb.

Təxminən 5 saatdan sonra yanğınsöndürənlər yanğını nəzarət altına alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti