...

İranın cənubunda güclü zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 31 Avqust 2020 08:01 (UTC +04:00)
İranın cənubunda güclü zəlzələ qeydə alınıb

Bakı. Trend:

İranın cənubunda yerləşən Fars vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 08:06-da qeydə alınıb. Yeraltı təkanların episentri Mohr şəhərindən 13 kilometr məsafədə, ocağı isə 9 kilometr dərinlikdə yerləşib.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti