...

ÜST Ukrayna əhalisinin 20 faizini vaksinlə təmin edəcək

Dünya xəbərləri Materials 4 Sentyabr 2020 15:38 (UTC +04:00)
ÜST Ukrayna əhalisinin 20 faizini vaksinlə təmin edəcək

Bakı. Trend:

Ukrayna Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX mexanizminə (bütün ölkələrin ədalətli şəkildə koronavirus vaksinləri ilə təmin olunması üzrə beynəlxalq mexanizm) qoşulub.

Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Maksim Stepanov deyib.

Bu mexanizm Ukraynaya əhalinin 20 faizi üçün qeydiyyata alınacaq vaksinləri əldə etməyə imkan verəcək.

Nazir bildirib ki, hazırda tərəflər arasında müvafiq sazişlərin imzalanması prosesi davam edir. COVAX mexanizmi sayəsində Ukrayna 8 milyon əhalini vaksinlə təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti