...

Rusiyanın koronavirus vaksini Moskvada poliklinikalara təhvil verilib

Dünya xəbərləri Materials 4 Sentyabr 2020 20:04 (UTC +04:00)

Bakı.

Rusiyanın istehsal etdiyi koronavirus vaksini qeydiyyat sonrası tədqiqatlar üçün Moskvada 3 poliklinikaya təhvil verilib.

Trend-in məlumatına görə, tədqiqatlar gələn həftə başlayacaq. Bu gündən etibarən, Moskva sakinləri tədqiqatlarda könüllü qismində iştirak etmək üçün müraciət edə bilərlər.

Qeyd edək ki, Rusiyada avqustun 11-də dünyada ilk dəfə olaraq koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti