...

ABŞ dörd bombardmançı təyyarəsini Quama ötürüb

Dünya xəbərləri Materials 12 Sentyabr 2020 03:07 (UTC +04:00)
ABŞ dörd bombardmançı təyyarəsini Quama ötürüb

Bakı. Trend:

ABŞ Hava Qüvvələri dörd "B-1 B Lancer" strateji bombardmançı təyyarəsini və 200 hərbçisini Cənubi Dakota ştatından Quamdakı "Andersen" hərbi hava bazasına yollayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi hava qüvvələrinin Sakit Okean komandanlığının saytında yayımlanan məlumatda bildirilir.

"Bombardmançılar <...> [hava bazada] müttəfiqlər, tərəfdaşlar və birləşmiş qüvvələrlə Sakit Okean hava qüvvələrinin təlimlərini dəstəkləmək, eyni zamanda bölgədəki beynəlxalq asayişi qorumaq və strateji vəzifələri yerinə yetirmək üçün yerləşdirilib", -məlumatda deyilir.

Açıqlamaya görə, Quama gəlmədən əvvəl ötürülən bombardmançılardan ikisi Yaponiyanın özünümüdafiə qüvvələri ilə ortaq təlimdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti