...

Gürcüstanda yeni rekord: 200-ə yaxın yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 16 Sentyabr 2020 11:44 (UTC +04:00)
Gürcüstanda yeni rekord: 200-ə yaxın yoluxma qeydə alınıb

Bakı. Trend:

Gürcüstanda son sutka ərzində 196 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, növbəti rekord göstərici olub. Ölkədə bu günədək virusa yoluxanların sayı 2 758 nəfərə çatıb.

Bundan əvvəlki ən yüksək göstərici ötən gün (170 nəfər) qeydə alınmışdı.

Bu günədək ölkədə 19 nəfər vəfat edib. 1 412 nəfər sağalıb, 1 327 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti