...

Liviyada hərbi helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 23 Sentyabr 2020 14:07 (UTC +04:00)
Liviyada hərbi helikopter qəzaya uğrayıb

Bakı. Trend:

Liviyanın mərkəzi hissəsində yerləşən əl-Cufra hərbi bazası yaxınlığında helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, helikopterdə özəl hərbi şirkətin döyüşçüləri olub. Onların dəqiq sayı barədə məlumat verilməyib.

Qəza baş verən ərazi əhatəyə alınıb. İtkilərin olub-olmaması məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti