...

İranda 3,5 mindən çox şəxs koronavirusa yoluxub

Dünya xəbərləri Materials 3 Oktyabr 2020 16:01 (UTC +04:00)
İranda 3,5 mindən çox şəxs koronavirusa yoluxub

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 3 523 nəfər koronavirusa (COVID 19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 468 119 nəfərə çatıb. Virus daşıyıcılarından 4 127 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 179 nəfər koronavirusdan ölüb. Virusdan ölənlərin sayı İranda 26 746 nəfərə yüksəlib.

İranda indiyədək 387 675 nəfər koronavirusdan sağalıb.

İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 4,09 milyondan çox diaqnoz testi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti