...

Braziliyada bir gündə koronavirusa 12 mindən çox insan yoluxub

Dünya xəbərləri Materials 12 Oktyabr 2020 06:16 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 12 345 nəfər yoluxub.

Trend-in "Xihua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 094 982 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 290 nəfər ölüb, ölənlərin ümumi sayı 150 488 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti