...

Meşə yanğını ABŞ-ın Koloradodakı hərbi bazasının ərazisinə yayılıb

Dünya xəbərləri Materials 13 Oktyabr 2020 02:51 (UTC +04:00)
Meşə yanğını ABŞ-ın Koloradodakı hərbi bazasının ərazisinə yayılıb

Bakı. Trend:

ABŞ-da Kolorado ştatındakı meşə yanğını hərbi qüvvələrin "Fort Karson" bazasına çatıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Denver Post" qəzeti məlumat verib.

Məlumata əsasən, oktyabrın 11-də hərbi obyektin yaxınlığında başlayan yanğın onun təlim sahəsinin ərazisinə keçib. Amerika Silahlı Qüvvələri bazasının nümayəndələri bildiriblər ki, bu günə qədər təxminən 240 hektar ərazi yanıb. Yanğının söndürülməsində 100-dən çox yanğınsöndürən cəlb edilib.

Bazanın ərazisindəki tikililər zədələnməyib, personal arasında itki və və xəsarət alan yoxdur. Yanğının səbəbləri müəyyənləşdirilir.

Aydahoda yerləşən Milli idarələrarası yanğın mərkəzi ABŞ-ın 12 ştatında 70-dən çox meşə yanğınının baş verdiyi barədə xəbər yayıb. ABŞ-ın qərbində baş verən meşə yanğınlarının tüstüsünün yalnız ölkənin şərq sahillərinə deyil, bir sıra Şimali Avropa ölkələrinə də çatdığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti