Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Tərəflər Dağlıq Qarabağla bağlı siyasi prosesin, xüsusən də ATƏT-in Minsk Qrupu çərçivəsində aktivləşdirilməsinin lehinə çıxış ediblər. Hər iki tərəf 10 oktyabrda Moskvada əldə edilən humanitar atəşkəs barədə razılaşmaya riayət edilməsinin vacibliyini bir daha təsdiqləyib.
Bundan əlavə, V.Putin və T.Ərdoğan diplomatik və hərbi kanallar vasitəsilə gələcək müntəzəm təmaslar barədə razılığa gəliblər.