Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp yenidən öz ölkəsinin qoşunlarını Əfqanıstandan çıxarmağa söz verdi.
Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Arizonada keçirilən seçkiqabağı mitinqdə deyib.
D.Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələri Əfqanıstan ərazisini tərk etməyə başlayıb: "Yeri gəlmişkən, biz gedirik, hamı gedir, onların hamısı geri qayıdır".
Qeyd edək ki, Donald Tramp ABŞ-ın İraq və Əfqanıstanda hərbi əməliyyatlarının yekunlaşdığını seçkiqabağı kampaniyası zamanı deyib.