...

Ermənistanda koronavirusdan rekord sayda ölüm qeydə alındı

Dünya xəbərləri Materials 21 Oktyabr 2020 12:41 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 68 530 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 836 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 20 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 121 nəfər koronavirusdan ölüb, 17 869 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti