...

Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib

Dünya xəbərləri Materials 23 Oktyabr 2020 07:17 (UTC +04:00)
Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib

Bakı. Trend:

Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı ölkənin baş naziri Jan Kasteks deyib.

Onun sözlərinə görə, komendant saatı yeni növ koronavirusa yoluxma sayının artması ilə əlaqədardır: "Ölkədə epidemioloji vəziyyət pisləşməyə davam edir. Daha 38 departamentdə və Fransa Polineziyasında komendant saatı tətbiq edirik".

Baş nazir bildirib ki, Parisdə olduğu kimi, küçələrdə hərəkət məhdudiyyəti 21:00-dan 06:00-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti