...

Fransada rekord sayda yeni yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 6 Noyabr 2020 05:29 (UTC +04:00)
Fransada rekord sayda yeni yoluxma qeydə alınıb

Bakı. Trend:

Fransa ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda yoluxma qeydə alınıb.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, ötən sutka ərzində 58 046 nəfər yeni koronavirusa yoluxub, 363 nəfər isə koronavirusdan vəfat edib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 601 367 nəfərə çatıb.

Bildirilri ki, hazırkı dövrədək koronavirusdan 124 min nəfər sağalıb, 39 037 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti