...

Hindistanın Baş naziri Virtual Qlobal İnvestor Dəyirmi Masasına sədrlik edir

Dünya xəbərləri Materials 8 Noyabr 2020 12:54 (UTC +04:00)
Hindistanın Baş naziri Virtual Qlobal İnvestor Dəyirmi Masasına sədrlik edir

Bakı. Trend:

Hindistanın Baş Naziri Şri Narendra Modi bu gün Virtual Qlobal İnvestor Dəyirmi Masasına sədrlik etdi.

Dəyirmi masada çıxış edən Baş Nazir, bu il qlobal pandemiya ilə şücaətlə mübarizə apardığı zaman dünyanın Hindistanın milli xarakterinin və real üstünlüklərinin şahidi olduğunu bildirib. O, pandemiyanın məsuliyyət hissi, mərhəmət ruhu, milli birlik və hindlilərin tanındığı innovasiya keyfiyyəti kimi xüsusiyyətləri uğurla ortaya çıxardığını bildirib.

Baş Nazir, Hindistanın pandemiya zamanı virusla mübarizə aparmaqla yanaşı iqtisadi sabitliyi də təmin etməkdə əlamətdar dayanıqlılıq göstərdiyini qeyd edib və onu Hindistandakı sistemlərin gücü, xalqın dəstəyi və Hökümət siyasətinin sabitliyi ilə əlaqələndirib.

Baş Nazir, köhnə ənənələrdən azad Yeni Hindistanın qurulduğunu və bu gün Hindistanın yaxşılığa doğru dəyişdiyini söyləyib. O, Hindistanın AatmaNirbhara çatmaq istəyinin sadəcə ideya deyil, yaxşı planlaşdırılmış iqtisadi strategiya olduğunu əlavə etdi. Baş Nazir bu strategiyanın Hindistanın qlobal istehsalçı gücə çevrilməsi məqsədilə Hindistan biznesindən və işçilərin bacarıqlarından istifadə etməyi hədəfləyən bir strategiya olduğunu vurğulayıb. Şri Modi bu strategiyanın, ölkəni qlobal innovasiyalar mərkəzinə çevirmək üçün Hindistanın texnologiya gücündən istifadə etməyi və öz geniş insan resursları və bacarıqlarından istifadə etməklə qlobal inkişafa töhfə verməyi hədəf aldığını söylədi.

Baş Nazir, bu gün investorların yüksək ətraf mühit, sosial və idarəetmə (ESG) reytinqinə sahib şirkətlərə doğru can atdıqlarını söyləyib. O, Hindistanın bu sistemləri olan və yüksək ESG reytinqli şirkətləri olan ölkə olduğunu bildirib. Baş Nazir, Hindistanın ESG-yə bərabər diqqət yetirməklə inkişaf yolunu tutacağına inandığını vurğulayıb.

Baş Nazir Hindistanın investorlara demokratiya, demoqrafiya, tələbat və eyni zamanda müxtəliflilik təklif etdiyini söyləyib. Bildirib ki, “bizim müxtəlifliyimiz odur ki, bir bazarda bir çox bazar əldə edirsiniz. Bu, çox ölçülü alıcılıq qabiliyyəti və üstünlüklərlə yanaşıdır. Buna həmçinin, müxtəlif hava şəraiti və çoxsaylı inkişaf səviyyələri də daxildir. ”

Baş Nazir, Hökumətin problemlərə uzunmüddətli və davamlı həll yolları tapma yanaşmasının investorun etibarlı vəsait, ən yaxşı və ən təhlükəsiz uzunmüddətli gəlir təmin etmək tələbi ilə necə uyğunlaşdığını izah etdi. O, hökümətin istehsal potensialını yaxşılaşdırmağa və biznes asanlığını artırmağa yönəlmiş müxtəlif təşəbbüslərini sadaladı.
O dedi ki,“ istehsal potensialımızı təkmilləşdirmək məqsədilə bir çox təşəbbüslər həyata keçirmişik; ən aşağı korporativ vergi dərəcələrindən biri olan GST şəklində bir millət bir vergi sistemini yaratmışıq və yeni istehsala stimul vermişik, İT qiymətləndirmə və müraciət üçün anonim rejim və işçilərin rifahını və işəgötürənlər üçün biznesin asanlığını tarazlaşdıran yeni əmək qanunları rejimi yaratmışıq. Xüsusi sektorlarda istehsal yönümlü təşviq sxemləri və investorları dəstəkləmək üçün gücləndirilmiş institusional tənzimləmə tətbiq etmişik. ”

Baş Nazir Hindistanın, Milli İnfrastruktur Planı çərçivəsində 1,5 trilyon dollar investisiya yatırmaq istiqamətində iddialı plan tərtib etdiyini nəzərə çatdırıb. O, plan çərçivəsində Hindistanda planlaşdırılan və daha sürətli iqtisadi inkişafa və ölkədə yoxsulluğun aradan qaldırılmasına yönəlmiş müxtəlif sosial və iqtisadi infrastruktur layihələrini sadalayıb. Baş Nazir, Hindistanın ölkədəki magistral yollar, dəmir yolları, metrolar, su yolları, hava limanları kimi hədsiz böyük infrastruktur şəbəkəsi qurmağa başladığını qeyd edib. Yeni orta sinif üçün milyonlarla əlçatan evlərin də planlaşdırıldığını əlavə edib. O, sadəcə böyük şəhərlərdə deyil, kiçik şəhərlərdə və qəsəbələrdə də investisiyalara çağırış edib.
Baş Nazir maliyyə sektorunun inkişafı üçün vahid strategiyanı izah edib. Hərtərəfli bank sektoru islahatları, maliyyə bazarlarının gücləndirilməsi, ən liberal xarici birbaşa investisiyalar rejimlərindən biri olan Beynəlxalq Maliyyə Xidmətləri Mərkəzi üçün vahid səlahiyyət, xarici kapital üçün əlverişli vergi rejimi, İnfrastruktur İnvestisiya Fondu və Daşınmaz Əmlak İnvestisiya Fondu, Müflisləşmə və İflas Məcəllələrinin tətbiqi kimi investisiya mexanizmləri üçün müvafiq siyasət rejimləri, Birbaşa Faydalar Transferi yolu ilə maliyyə gücləndirməsi və Ru-Pay kartları və BHIM-UPI kimi fin-tech əsaslı ödəmə sistemləri kimi maliyyə sektorunun inkişafı istiqamətindəki bəzi böyük təşəbbüsləri sadalayıb.

Baş Nazir, innovasiya və rəqəmsal sahədəki təşəbbüslərin hər zaman hökumət siyasətinin və islahatının mərkəzində dayandığını qeyd edib. Hindistanın dünyada ən çox start-up və “unicorn”ların ən geniş sayına sahib olmasına və bu rəqəmin çox sürətlə böyüməkdə olmasına diqqət çəkib. Hökumətin özəl müəssisənin inkişaf etməsini təmin etmək təşəbbüslərini sadalayıb. Bu gün Hindistanda istehsal, infrastruktur, texnologiya, kənd təsərrüfatı, maliyyə və hətta səhiyyə və təhsil kimi sosial sektorların təkmilləşdiyini söyləyib.

Baş Nazir kənd təsərrüfatında həyata keçirilən son islahatların Hindistan fermerləri ilə tərəfdaşlıq üçün yeni maraqlı imkanlar açdığını vurğulayıb. Texnologiya və müasir emal həllərinin köməyi ilə Hindistanın qısa müddətdə kənd təsərrüfatı ixracatı mərkəzinə çevriləcəyini gözlədiyini bildirib. Milli Təhsil Siyasətinin Hindistanda xarici universitetlərin filiallarının açılmasına imkan yaratmasına toxunub. Qlobal investor cəmiyyətinin Hindistanın gələcəyinə etimadından məmnun olduğunu dilə gətirib. Son 5 ayda xarici birbaşa investisiya axınının keçən ilə nisbətən 13% artdığını əlavə edib.

Baş Nazir Hindistanın, etibarlı gəlir, demokratik tələbat, dayanıqlı stabillik və yaşıl yanaşma ilə inkişaf istəyənin olmaq istədiyi yer olduğunu vurğulayıb. Hindistanın inkişafının qlobal iqtisadi dirçəlişi təşviq etmək potensialına sahib olduğunu söyləyib Hindistanın əldə etdiyi hər hansı bir nailiyyətin, dünyanın inkişafına və rifahına çox təsir göstərəcəyini əlavə edib. O, güclü və dinamik Hindistanın dünya iqtisadi nizamının sabitləşməsinə kömək edə biləcəyini söyləyib. İnvestorları hökümətin Hindistanı qlobal inkişaf dirçəlişinin mühərriki etmək üçün lazım olan hər şeyi edəcəyinə əmin edib.
Tədbirdən sonra “CPP Investments” şirkətinin prezidenti və baş icraçı direktoru cənab Mark Maçin qeyd etdi ki,“Virtual Qlobal İnvestor Dəyirmi Masası 2020-nin bizə hökumətin Hindistan iqtisadiyyatını qurmaq və beynəlxalq institusional investisiyaların artımını sürətləndirmək görüşü haqqında məlumat verən çox məhsuldar və faydalı forum oldu. İnkişaf bazarlarına yönəlmiş uzun üfüqlü investisiya strategiyamızda Hindistan açar ölkədir və infrastruktur, sənaye və istehlak sektorlarında mövcud investisiyalarımızı inkişaf etdirmək istiqamətində güclü istəyimiz var ”.

"Caisse de dépôt et placement du Québec"-nin (CDPQ) prezidenti və icraçı direktoru cənab Çarles Emond, Hindistan haqqında danışarkən bildirdi ki, “Hindistan CDPQ üçün vacib bir bazardır - bərpa olunan enerji, lojistik, maliyyə xidmətləri və texnologiyanı dəstəkləyən xidmətlər və s. kimi sahələrə bir neçə milyard investisiya yatırmışıq və önümüzdəki illərdə iştirakımızı gücləndirməyi hədəfləyirik. Baş Nazir Modi və hökumətinə qlobal investorların və iş adamlarının Hindistan üçün daha güclü iqtisadiyyatı dəstəkləmək imkanlarını müzakirə edə biləcəyi bu dəyirmi masanı təşkil etməkdə rəhbərliklərinə görə səmimi qəlbdən təşəkkür edirəm. ”

ABŞ-ın Texas Müəllim Təqaüd Sisteminin İnvestisiya üzrə baş direktoru cənab Jase Auby Hindistan və dəyirmi masadakı iştirakı ilə bağlı fikirlərini bölüşdü: “2020 Virtual Qlobal İnvestor Dəyirmi Masasında iştirak etməkdən məmnunam. Pensiya fondu investorları portfellərinin böyük hissələrini böyüyən iqtisadiyyatlardan və bazarlardan faydalanması gözlənilən aktivlərə yatırır. Hindistanın həyata keçirdiyi struktur islahatları, çox güman ki, gələcəkdə də belə yüksək inkişaf üçün güclü zəmin yaradacaqdır. ”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti