...

Yeravandakı etirazlara görə Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırıldı

Dünya xəbərləri Materials 11 Noyabr 2020 14:25 (UTC +04:00)
Yeravandakı etirazlara görə Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırıldı

Bakı. Trend:

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

S.Sarkisyanın Yerevanda baş nazir Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyasının təşkili ilə bağlı ifadə verməyə çağırıldığı ehtimal olunur.

Qeyd edək ki, Yerevanda keçirilən aksiya zamanı bir sıra siyasətçilər polis tərəfindən saxlanılıb.

Bundan başqa, "Çiçəklənən Ermənistan" partiyasının sədri Qagik Tsarukyan Milli Təhlükəsizlik Xidmətinə aparılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti