...

Yeravana əlavə polis qüvvələri cəlb olunur - Ermənistan vətəndaş müharibəsi ərəfəsində (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 11 Noyabr 2020 14:23 (UTC +04:00)
Yeravana əlavə polis qüvvələri cəlb olunur - Ermənistan vətəndaş müharibəsi ərəfəsində (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)

Bakı. Trend:

Yeravana əlavə polis qüvvələri cəlb olunur.

Trend-in məlumatına görə, Yeravanda etirazlar davam edir.Etirazçılar ölkənin Dağlıq Qarabağ münaqişəsində kapitulyasiyası ilə əlaqədar etiraz aksiyası keçirir.

X X X
13.10

Ermənistanın paytaxtı Yerevanda ölkənin Dağlıq Qarabağ münaqişəsində kapitulyasiyası ilə əlaqədar etiraz aksiyası keçirilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etiraz aksiyasının qarşısı polis tərəfindən alınıb.

Qeyd olunur ki, aksiya başlamamış polislər 20-yə yaxın şəxsi saxlayıb.

Saxlananlar arasında parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov, müxalif partiyaların nümayəndələri olub.

Müxalifət nümayəndələri baş nazir Nikol Paşinyanın üçtərəfli bəyanatı imzalaması ilə əlaqədar etirazlarını davam etdirəcəklərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti