...

Türkiyədə koronavirusdan sağalanların sayı 346 mini keçib

Dünya xəbərləri Materials 12 Noyabr 2020 23:48 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 346 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 88 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 233 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 841 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 404 894 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 181 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 346 794 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti